Salam dostlar (İT Mütəxəssislər), Bu məqaləmdə "SElinux" haqqında daha ətraflı bəhs edəcəm. Beləliklə, məqalə nəzəri və praktiki olmaqla iki hissəyə bölünür ki, ilk olaraq "SELiux" haqqında nəzəri məlumatları təqdim edirəm: Nəzəri məlumatlar "SElinux" nədir? ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən yaradılan və "linux kernel"-in təhlükəsizlik modulu olan "Security-Enhanced Linux (SElinux)" sistem üçün təhlükəsizlik arxitekturasıdır ki, sistemə istifadəçi qoşulması və icazələrini məhdudlaşdırmaqla, eləcə də sistemdə yer alan proqram, tətbiq, proses və fayllar üçün giriş nəzarət mexanizmlərini müəyyən etməklə sistemin təhlükəsizliyini daha da artırmış olur. "SElinux" bizə nə üçün lazımdır? Fərz edək ki, "SElinux" aktiv (enable) vəziyyətdə olmayan hər hansı bir "server"-də bir neçə veb saytın daxil olduğu veb "server" istifadə olunur. Bu zaman həmin veb saytlarda "vulnerable" o...
Information Technology and Services