Salam dostlar, "Squid Proxy" haqqında yazdığım 1-ci hissə məqaləmdə nəzəri məlumatları təqdim etmişdim. Bu məqaləm isə 2-ci hissə olmaqla nəzəri deyil, praktiki məzmunu əhatə edir. Beləliklə, bu məqaləm aşağıdakı praktiki məzmunu əhatə edir: "Squid Proxy"-nin yüklənməsi və ayarlanması; "Client" kompüterin "squid proxy server" ilə əlaqələndirilməsi. "Squid Proxy"-nin yüklənməsi və ayarlanması Prosesə keçid etməzdən öncə qeyd edim ki, bu proses üçün "LAB" mühitdə, 1 ədəd "Linux" (RedHat, Ubuntu, CentOS Stream və s.), eləcə də 1 ədəd "Windows" (8, 10, 11 və s.) əməliyyat sistemli maşının (VM) mövcud olması kifayət edir. " yum install squid* " əmrini icra etməklə "squid proxy" və ona bağlı olan bütün paketlərin yüklənməsini təmin edirik; Sonra, "squid service"-in işə düşməsini "systemctl status squid" əmrini icra etməklə yoxlayırıq, əgər işə düşmədikdə " systemc...
Information Technology and Services