Skip to main content

Posts

Showing posts from July, 2022

SATA, SAS və SSD Haqqında

Salam dostlar, Bu məqaləmdə sizə  "SATA (HDD)" ,  "SAS"  və  "SSD"  disk sürücüləri (disk drives), eləcə də onlar arasında olan fərqlər haqqında bəhs edərək "server" (korporativ mühit) üçün hansı növ disk sürücülərinin müvafiq olmasını diqqətinizə çatdırmaq istərdim. Beləliklə, məlumat (data) proqram təminatı və tətbiqlər üçün vacib olmaqla yanaşı, həmçinin hərəkətverici qüvvədir. Məlumat nə qədər vacibdirsə, onun istər texniki problemlər zamanı yaranmış xətalar, istərsə də kənar müdaxilələr zamanı təhlükəsizliyinin təmin edilməsi və qorunub saxlanılması ondan da vacibdir. Beləliklə, xüsusi serverlər (dedicated servers) üçün düzgün şəkildə sabit disk sürücülərinin seçilməsi zamanı müəyyən tələblərə (sabit diskin növü, həcmi, davamlılığı, müvafiqliliyi, korporativ mühitə uyğunluğu və s. digər texniki tələb və məlumatlara) diqqətlə yanaşmaq lazımdır. Dostlar, aşağıda disk sürücüləri, onlar haqqında bəzi məlumat və fərqləri təqdim edirəm: SATA (Seri...