Skip to main content

SATA, SAS və SSD Haqqında

Salam dostlar,

Bu məqaləmdə sizə "SATA (HDD)""SAS" və "SSD" disk sürücüləri (disk drives), eləcə də onlar arasında olan fərqlər haqqında bəhs edərək "server" (korporativ mühit) üçün hansı növ disk sürücülərinin müvafiq olmasını diqqətinizə çatdırmaq istərdim. Beləliklə, məlumat (data) proqram təminatı və tətbiqlər üçün vacib olmaqla yanaşı, həmçinin hərəkətverici qüvvədir. Məlumat nə qədər vacibdirsə, onun istər texniki problemlər zamanı yaranmış xətalar, istərsə də kənar müdaxilələr zamanı təhlükəsizliyinin təmin edilməsi və qorunub saxlanılması ondan da vacibdir. Beləliklə, xüsusi serverlər (dedicated servers) üçün düzgün şəkildə sabit disk sürücülərinin seçilməsi zamanı müəyyən tələblərə (sabit diskin növü, həcmi, davamlılığı, müvafiqliliyi, korporativ mühitə uyğunluğu və s. digər texniki tələb və məlumatlara) diqqətlə yanaşmaq lazımdır. Dostlar, aşağıda disk sürücüləri, onlar haqqında bəzi məlumat və fərqləri təqdim edirəm:

  • SATA (Serial Advanced Technology Attachment) disk sürücüsü

No alt text provided for this image

Qoşulma zamanı "bus" interfeysindən istifadə edir və ümumi istifadə üçün nəzərdə tutulsa da, bəzən köhnə server avadanlıqlarında da məlumat (data) saxlanması məqsədilə istifadə edilir. Digər müasir disk sürücüləri ilə müqayisədə qiymət baxımından ucuz başa gələn "SATA" disk sürücüsü (HDD) nisbətən yavaş (zəif) olsa da, lakin məlumat (data) saxlanması üçün hal-hazırda server mühitində (əlavə storage kimi) istifadə edilə bilir ki, hər hansı bir xətta zamanı məlumat itkisinin bərpa prosesi müasir disk sürücüləri ilə müqayisədə aşağı səviyyədədir. "ATA" əmrlərindən istifadə edən "SATA" disk sürücüsü, məlumatı "half duplex" ilə ötürə bilir. Qeyd edim ki, "SATA" özlüyündə bir bağlantı növü (connector) sayılır ki, "HDD" və "SSD" disk sürücülərinin (storage) kompüterlə əlaqəsini təmin etmək üçün istifadə olunur.

Xüsusiyyətləri:
Fırlanma sürəti - 5400 RPM ilə 7200 RPM arasında dəyişir;
Etibarlılığı - MTBF 25 dərəcədə 700 000 saatdan 1.2 milyon saata qədərdir;
Tutumu (storage) - 160 GB yaddaşdan 16 TB yaddaşa qədər ola bilir;
Məlumat ötürmə qabiliyyəti - 6 Gb/s qədər ola bilir.

  • SAS (Serial Attached SCSI) disk sürücüsü

No alt text provided for this image

Qoşulma zamanı "point to point" (p2p) interfeysindən istifadə edir. Funksionallıq baxımından 2 portla işləyən "SAS" disk sürücüsü (SATA və SSD-yə nisbətən daha da) sürətlidir, qiymət baxımından baha başa gəlir və ən əsas server avadanlıqlarında (koporativ mühitdə) istifadə olunur. "SCSI" əmrlərini istifadə edən "SAS" hər hansı bir xətta zamanı məlumat itkisinin bərpa prosesini yüksək səviyyədə həyata keçirir. "SAS" disk sürücüsü məlumatın oxunma və yazılmasını eyni vaxtda həyata keçirir və məlumatı "full duplex" ilə ötürə bilir.

Xüsusiyyətləri:
Fırlanma sürəti - 7200 RPM ilə 1500 RPM arasında dəyişir;
Etibarlılığı - MTBF 45 dərəcədə 1.2 milyon saatdan 1.6 milyon saata qədərdir;
Tutumu (storage) - 250 GB yaddaşdan 60 TB yaddaşa qədər ola bilir;
Məlumat ötürmə qabiliyyəti - 15-22.5 Gb/s qədər ola bilir.

  • SSD (Solid State Drives) disk sürücüsü

No alt text provided for this image

Qoşulma zamanı "sata connection"-dan istifadə edən "SSD" disk sürücüsündə mexaniki hərəkət edən komponentlər (hissələr) olmasa da, lakin performansı yaxşı səviyyədə təmin edir. Məlumat ötürmə qabiliyyəti sürətli olan "SSD" disk sürücüsü "SAS" disk sürücüsünə nisbətən yavaş olsa da, lakin qiymət baxımından baha başa gəlir. Həm "SAS", həm də "SSD" disk sürücüsü enerji sərfiyyatı baxımından çox sərfəlidir. "SSD" disk sürücüsü də, "SAS" disk sürücüsü kimi məlumatı "full duplex" ilə ötürə bilir.

Xüsusiyyətləri:
Oxuma və yazma sürəti - 550 Mb/s olur;
Etibarlılığı - MTBF 1.5 milyon saatdır;
Tutumu (storage) - 120 GB yaddaşdan 100 TB yaddaşa qədər ola bilir;
Məlumat ötürmə qabiliyyəti - 3.5 Gb/s qədər ola bilir.

Dostlar,
Güman edirəm ki, bu məqaləm maariflənməniz istiqamətində sizin üçün faydalı olar.

Təşəkkür edirəm

Hörmətlə,
Müəllif
Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...