Salam dostlar, Bu məqaləmdə "Docker" haqqında tez-tez verilən (müsahibə tipli) suallar və cavabları təqdim edəcəm. Beləliklə: "Docker" nədir? "Docker" tətbiqlərin, proqram təminatının qurulması və daşınması üçün nəzərdə tutulmuş konteyner tipli açıq mənbəli bir platformadır. Proqram təminatının qurularaq konteyner vasitəsilə daşınmasını həyata keçirən "Docker", tətbiqləri infrastrukturdan ayırır ki, məhz "Docker" ilə tətbiqlərin idarə edilməsi kimi infrastrukturun da idarə edilməsi mümkün olur. "Docker" metodologiyalarından yararlanaraq, "production"-da kod yazmaqla tətbiqetmə arasında olan gecikməni əhəmiyyətli dərəcədə azaltmaq mümkündür; Virtualizasiya nədir? Virtualizasiya kompüterdə yer alan əməliyyat sistemini təqlid (simulyasiya) edən bir platformadır və fiziki infrastruktur (bera metal) üzərindən (ESXI) müxtəlif virtual əməliyyat sistemlərinin yaradılmasını təmin etməklə mərkəzdən idarətməni həyata keçirir;...
Information Technology and Services