Skip to main content

Shell Scripting

Salam dostlar,

Bu nəzəri və praktiki məqaləmdə sizə "shell scripting" ilə bağlı bəzi tapşırıqları təqdim edəcəm ki, bəzən bu cür tapşırıqlar iş müsahibələri zamanı "task" olaraq istənilə bilir. Lakin, ilk növbədə "shell" haqqında ümumi bir giriş vermək istərdim. Beləliklə, "shell" nədir?

Nəzəri hissə:

Özünəməxsus xüsusiyyət və funksiyalara malik olan "shell" ən çox "scripting" (avtomatlaşdırma) proseslərində istifadə olunur. İstifadəçi sistemə daxil (login) olduqda və konsol (terminal) pəncərəsini açdıqda istənilən əməliyyat sisteminin ürəyi hesab olunan "kernel", istifadəçi ilə "kernel" arasında interfeys rolunu oynayan (proqramı) "shell"-i işə salır. "Kernel", proseslərin idarə edilməsi və icrasına nəzarəti, eləcə də sistem resurslarından düzgün istifadəni təmin etmək üçün məsuliyyət daşıyır.

No alt text provided for this image

"Linux Shell"-in növləri:


  • "Bourne Shell (sh)" - "Unix"-in ilk "shell"-i kimi qəbul edilir və Steve Bourne tərəfindən "AT&T Bell Lab"-da hazırlanmışdır. "Sh" kimi də adlandırılan "Bourne Shell" "Solaris" əməliyyat sisteminin "default" (standard) "shell"-i sayılır (/bin/sh və ya /sbin/sh) ;


  • "Bourne Again Shell (bash)" - təkmilləşdirilərək (hal-hazırda) daha geniş şəkildə istifadə olunur və "Bourne Shell (sh)"-ə uyğulaşdırılmaq məqsədilə hazırlanmışdır. Qeyd edim ki, "Korn Shell (ksh)" və "C Shell (csh)" kimi "Bourne Again Shell (bash)" də digər və müxtəlif "shell" növlərinin faydalı xüsusiyyətlərini özündə birləşdirir (/bin/bash) ;


  • "C Shell (csh)" - Kaliforniya Universitetində Bill Coy tərəfindən yaradılmışdır. Qeyd edim ki, "csh" kimi də adlanan "C Shell", arifmetik əməliyyatlar üçün "C" proqramlaşdırma dilinə bənzər sintaksis tipli faydalı proqramlaşdırma xüsusiyyətləri və funksiyalarını daxil etmək üçün hazırlanmışdır (/bin/csh) ;


  • "Korn Shell (ksh)" - mahiyyətcə "Bourne Shell (sh)"-in üst səviyyəsi sayılır. "Korn Shell (ksh)" "Bourne Shell (sh)"-i təkmilləşdirmək üçün "AT&T Bell Labs"-da David Korn tərəfindən hazırlanmışdır. "Bourne Shell (sh)" üçün hazırlanmış skriptləri istifadə edə bilən "Korn Shell (ksh)", eyni zamanda "C" proqramlaşdırma dilinə bənzər "string", "array" və "function" manipulyasiyasını da təmin edə bilir (/bin/ksh) ;


  • "Z Shell (zsh)" - "bash", "ksh" və "tcsh"-in bəzi xüsusiyyətləri də daxil olmaqla bir çox funksiya və təkmilləşdirilmələri olan genişləndirilmiş bir "shell" növüdür (/bin/zsh).


Praktiki hissə:


  • Hansı əmr "shell" skriptin işə düşmə icazəsini təmin edir və hansı metodlu əmrlər skripti işə salır?


No alt text provided for this image
No alt text provided for this image
No alt text provided for this image
  • Hal-hazırkı tarixi, vaxtı, istifadəçi adı və "directory"-ni müəyyən edən skriptin yazılmasını təmin edin!


No alt text provided for this image
No alt text provided for this image
  • Sistemdə olan bütün istifadəçilərin listini müəyyən edən skriptin yazılmasını təmi edin!
No alt text provided for this image
No alt text provided for this image
  • Məlumat xarakterli sualları soruş, yoxla və cavabının müəyyən edən skriptin yazılmasını təmin edin!
No alt text provided for this image
No alt text provided for this image
No alt text provided for this image
No alt text provided for this image
  • Hal-hazırda istifadə olunan "shell"-in proses "id"-ni (pid) müəyyən edən skriptin yazılmasını təmin edin!
No alt text provided for this image
No alt text provided for this image

“file_count” funksiyasının qovluğu arqument kimi qəbul etməsinə şərait yaradaraq “/etc”, “/var” və “/usr/bin” qovluğunda olan faylların sayının növbəti sətirdə ekranda göstərilməsini müəyyən edən skriptin yazılmasını təmin edin!

No alt text provided for this image
No alt text provided for this image

Dostlar,

Güman edirəm ki, bu nəzəri və praktiki məqaləm maariflənməniz istiqamətində sizə faydalı olar.

Təşəkkür edirəm

Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...