Salam dostlar, Bu məqaləm "NFS" (Network File System) haqqında həm nəzəri, həm də praktiki məzmunu əhatə edir. Beləliklə, "NFS" nədir? Nəzəri: 1980-ci ildə Amerikanın "Sun Microsystems" şirkəti tərəfindən yaradılan "NFS", şəbəkə dəstəkləyən cihazlar (server-lər) arasında qovluq, fayl (məlumat /data) mübadiləsinin məhz şəbəkə üzərindən sürətli və təhlükəsiz qaydada həyata keçirilməsini təmin edən şəbəkə protokoludur. "NFS" 1984-cü ildə ilk olaraq "NFSv1", 1989-cu ildə "NFSv2", 1995-ci ildə "NFSv3" və son olaraq 2000-ci ildə isə "NFSv4" versiyalarını təqdim etmişdir. "NFS" cihazlar arasında əlaqənin təmin edilməsi, eləcə də məlumat mübadiləsi zamanı "RPC" (Remote Procedure Call) protokoluna əsaslanır. "NFS" haqqında digər qeydlər: Fayl kilidləmə (File Lock) mexanimzini dəstəkləyir; "Kerberos" və "Access Control Lists" (ACL) kimi autentifikasiya və ...
Information Technology and Services