Salam dostlar,
Bu məqaləm "NFS" (Network File System) haqqında həm nəzəri, həm də praktiki məzmunu əhatə edir. Beləliklə, "NFS" nədir?
Nəzəri:
1980-ci ildə Amerikanın "Sun Microsystems" şirkəti tərəfindən yaradılan "NFS", şəbəkə dəstəkləyən cihazlar (server-lər) arasında qovluq, fayl (məlumat /data) mübadiləsinin məhz şəbəkə üzərindən sürətli və təhlükəsiz qaydada həyata keçirilməsini təmin edən şəbəkə protokoludur. "NFS" 1984-cü ildə ilk olaraq "NFSv1", 1989-cu ildə "NFSv2", 1995-ci ildə "NFSv3" və son olaraq 2000-ci ildə isə "NFSv4" versiyalarını təqdim etmişdir. "NFS" cihazlar arasında əlaqənin təmin edilməsi, eləcə də məlumat mübadiləsi zamanı "RPC" (Remote Procedure Call) protokoluna əsaslanır.
"NFS" haqqında digər qeydlər:
- Fayl kilidləmə (File Lock) mexanimzini dəstəkləyir;
- "Kerberos" və "Access Control Lists" (ACL) kimi autentifikasiya və girişə nəzarət mexanizmlərini dəstəkləyir;
- Sürətlilik və performansı stabil saxlamaq, gecikməni minimuma endirmək üçün keşləmə (caching), eləcə də optimallaşdırma üsullarını tətbiq edir;
- Müxtəlif əməliyyat sistemlərində istifadə oluna bilir;
- Müxtəlif istifadəçi tərəfindən eyni anda paylaşılan və üzərində işlənən məlumatlarların heç bir itki olmadan effektivliyini və mərkəzləşdirilməsini təmin edir.
Praktiki:
İndi isə qeyd etdiyim kimi, praktiki olaraq "NFS"-in iki "server" (server-client) arasında qurulmasını təmin edərək həmin "server"-lər arasında məlumat mübadiləsini həyata keçirək:
Qeyd: Mən bu prakitki mühiti "srv1" və "srv2" adlı "RHEL9" əməliyyat sistemli maşınlarda quraşdıracam:
- İlk öncə hər iki "linux" maşında (srv1, srv2) aşağıdakı əmri icra etməklə "NFS"-in yüklənməsini həyata keçiririk;
-- "yum install nfs-utils" --
- Quraşdırılma bitdikdən sonra hər iki "linux" maşında "NFS"-in işə düşməsi üçün aşağıdakı əmrləri icra edirik:
-- "systemctl start nfs-server.service" --
-- "systemctl enable nfs-server.service" --
-- "systemctl start nfs-client.target" --
-- "systemctl enable nfs-client.target" --
- Növbəti addımda "firewall" müdafiə sistemini söndürmədən, hər iki "linux" maşında "NFS" protokolunun "firewall"-dan keçməsini təmin etmək üçün aşağıdakı əmri icra edirik:
-- "firewall-cmd --add-service=nfs --permanent" --
-- "firewall-cmd --reload" --
- Növbəti addımda aşağıdakı əmrləri hər iki "linux" maşında icra etməklə paylaşılacaq qovluqların yaradılmasını təmin edirik;
-- "mkdir /nfs -- (srv1)
-- "mkdir /share -- (srv2)
- Növbəti addımda hər iki "linux" maşının "hostname2ip", "ip2hostname" tənzimləmələrini "resolve" etmək üçün '"/etc/hosts" faylına hər iki "linux" maşının ad və ip ünvanlarını qeyd etməklə hər iki "linux" maşın arasında olan əlaqənin "hostname" üzərindən mövcudluğunu "ping" əmri vasitəsilə müəyyən edirik;
- Növbəti addımda "srv2" maşında "/etc/exports/" faylına aşağıdakı sətri və əmri yazmaqla hər iki "linux" maşın arasında olan paylaşımı aktiv etmiş oluruq;
-- "share srv1-in ip ünvanı /24(rw,sync)" --
-- "systemctl restart nfs-server.service" --
- Növbəti addımda "srv1"-də paylaşım qovluğunun (share), "nfs" qovluğu kimi daimi olaraq "mount" olunması üçün "/etc/fstab" faylına aşağıdakı sətri daxil edirik və əmrləri icra edirik;
-- "srv2:/share /nfs nfs defaults 0 0" --
-- "mount -a" --
-- "systemctl restart nfs-server.service" --
-- "df -h" --
Nəticə olaraq, aşağıdakı şəkildə də görə bilərik ki, hər iki (srv1 və srv2) "linux" maşınlar arasında "NFS" paylaşımı uğurla icra olundu. Yəni "srv2" maşında yaradılan bütün məlumatlar (file, folder/data) "srv1" maşında da görünür.
Dostlar,
Güman edirəm ki, "NFS" haqqında yazdığım məqaləm sizin üçün faydalı olar.
Təşəkkür edirəm və uğurlar!
Hörmətlə,
Müəllif
Araz Əhmədov
Comments
Post a Comment