Salam dostlar, Bu məqaləmdə “Ansible Content Navigator” (ACN) haqqında nəzəri məzmunu əhatə edən mövzu barəsində bəhs edəcəm. Beləliklə: “Ansible Content Navigator” (ACN) “ansible” ekosistemində “playbook”, rol və moduların kolleksiyasına nəzarət və bu kolleksiyanı idarə edərək infrastrukturun avotmatlaşdırılması istiqamətində olan məzmunun (content) aşkarlanmasını asanlaşdırır, eləcə də istifadəçi dostu (user friendly) interfeysi və mərkəzləşdirməni təmin edir. “Ansible Content Navigator” həmçinin “Ansible Navigator” (AN) da adlandırılır ki, “ansible-playbook” , eləcə də digər “ansible-*” əmrlər toplusu və utilitlərini əvəz etdiyini düşünə bilərik. Ümumi olaraq qeyd etsək, “AN” zənginləşdirilmiş əmrlər xətti (command-line tool) və mətn əsaslı istifadəçi interfeysi (text-based user interface/TUI) vasitəsilə “ansible content”, sənədləşmə (documentation), “inventory”, “playbook”, kolleksiya, və konteyner “image”-lərin yaradılması, nəzarət edilməsi, işə salınması, nasazlıqların aradan qa...
Information Technology and Services