Skip to main content

Ansible Content Navigator

Salam dostlar,

Bu məqaləmdə “Ansible Content Navigator” (ACN) haqqında nəzəri məzmunu əhatə edən mövzu barəsində bəhs edəcəm. Beləliklə:

“Ansible Content Navigator” (ACN) “ansible” ekosistemində “playbook”, rol və moduların kolleksiyasına nəzarət və bu kolleksiyanı idarə edərək infrastrukturun avotmatlaşdırılması istiqamətində olan məzmunun (content) aşkarlanmasını asanlaşdırır, eləcə də istifadəçi dostu (user friendly) interfeysi və mərkəzləşdirməni təmin edir. “Ansible Content Navigator” həmçinin “Ansible Navigator” (AN) da adlandırılır ki, “ansible-playbook”, eləcə də digər “ansible-*” əmrlər toplusu və utilitlərini əvəz etdiyini düşünə bilərik. Ümumi olaraq qeyd etsək, “AN” zənginləşdirilmiş əmrlər xətti (command-line tool) və mətn əsaslı istifadəçi interfeysi (text-based user interface/TUI) vasitəsilə “ansible content”, sənədləşmə (documentation), “inventory”, “playbook”, kolleksiya, və konteyner “image”-lərin yaradılması, nəzarət edilməsi, işə salınması, nasazlıqların aradan qaldırılması (troubleshooting) və s. təmin edir.

“Ansible Content Navigator”-un əsas xüsusiyyətləri:

  • Mərkəzləşdirilmiş məzmun anbarı (Centralized Content Repository)  

“ACN” “playbook”, rol, modul və “plugin” kimi bütün “ansible” məzmununun (content) saxlandığı və kateqoriyalara bölündüyü mərkəzləşdirilmiş “repository” kimi çıxış edir;

  • Axtarış və naviqasiya (Search and Navigation)

İstifadəçilər açar söz, teq və ya digər “metadata”-dan istifadə edərək xüsusi məzmunu səmərəli şəkildə axtarış edə bilərlər ki, bu da müvafiq avtomatlaşdırma resurslarının tapılmasını asanlaşdırır;

  • Versiyaya nəzarət inteqrasiyası (Version Control Integration)

“Git” kimi versiyaya nəzarət sistemləri ilə inteqrasiya olunaraq versiya dəyişikliklərini izləməyə və həmin versiyaları idarə etməyə imkan verir;

  • Fərdi “metadata” və etiketləmə (Custom Metadata and Tagging)

“ACN” istifadəçilərə məzmunu (content) kateqoriyalara ayırmaq üçün fərdi “metadata” və teqlər əlavə etməyə imkan verir ki, bu da məlumatların asan şəkildə əldə olunmasını təmin edir;

  • “Role-Based Access Control” (RBAC)

Yalnız səlahiyyətli və imtiyazlı istifadəçilərin xüsusi məzmuna daxil ola, dəyişdirə bilməsini və ya icra etməsini təmin edir.

“ACN”-nin “stdout”“text-based user interface” (mətn əsaslı istifadəçi interfeysi tipli) iki rejimi (mode) mövcuddur:

  • “Stdout” rejimi

Bu rejimdə “ACN” standart əmr xətti (standard command-line) interfeysinə bənzər şəkildə işləyir. Belə ki, “ACN” mövcud “ansible” əmrlərinin və əlavələrinin (extensions) əksəriyyətini birbaşa əmr xəttində qəbul edir, istifadəçilərə əmrləri icra etməyə, “playbook”-ları işə salmağa, konfiqurasiyaları idarə etməyə və müxtəlif “ansible” tapşırıqlarını (task) yerinə yetirməyə imkan verir;

  • Text-based user interface” (TUI) rejimi

Bu rejim “ansible” əmrləri və əlavələrinin (extensions) əksəriyyətinin deyil, hamısının imkanlarını artıran interaktiv, mətn əsaslı interfeysi təmin edir. Bu rejim, “stdout” rejimindən fərqli olaraq standart əmr xətti interfeysi (standard command-line) ilə müqayisədə daha zənginləşdirilmiş və interaktiv imkanları təmin etməklə artefakt fayllardan istifadə edərək məzmunu (content) analiz etməyə, “playbook”-ları işə salmağa və “playbook”-larda olan nasazlıqları (troubleshooting) aradan qaldırmağa imkan verir.

İndi isə “AN” ilə bağlı bəzi əmrləri nəzərdən keçirək:

“ansible-navigator collections” - bu əmr “ansible” mühitində mövcud kolleksiyaları araşdırmaqda kömək edir;

“ansible-navigator collections --help” - bu əmr mövcud kolleksiyaları və onların məzmununu (content) nümayiş etdirərək “ansible” kolleksiyalarında axtarış və idarə etmə üçün ətraflı təfərrüatlar və bəzi seçimləri təqdim edir;

“ansible-navigator config” - bu əmr cari “ansible” konfiqurasiya parametrlərini araşdırmaqda kömək edir;

“ansible-navigator config --help” - bu əmr “ansible” mühitində cari konfiqurasiya parametrlərinə baxmaq və dəyişdirmək imkanı verən bəzi seçimləri təqdim edir;

“ansible-navigator doc” - bu əmr xüsusi “ansible” modulu və ya "plugin" üçün sənədləri nəzərdən keçirməyə imkan verir;

“ansible-navigator doc --help” - bu əmr “ansible” modulu və ya “plugin” üçün sənədlərə daxil olmaq imkanı verərək onların istifadəsi, parametrləri və funksiyaları haqqında ətraflı məlumatı təqdim edir;

“ansible-navigator images” - bu əmr “ansible” mühitində “image”-ləri araşdırmaqda kömək edir;

“ansible-navigator images --help” - bu əmr “ansible” mühitində istifadə oluna bilən “image”-ləri anlamaqda bələdçilik edir;

“ansible-navigator inventory” - bu əmr “ansible” mühitində “inventory”-ni araşdırmaqda və onlarla qarşılıqlı əlaqəni təmin etməkdə köməklik edir;

“ansible-navigator inventory --help” - bu əmr “ansible” mühitində inventarlara baxmaq, idarə və manipulyasiya etmək kimi funksiya, eləcə də “inventory” konfiqurasiyalarını yoxlamaq və dəyişdirmək üçün seçimləri təqdim edir.

Son olaraq qeyd edim ki, yuxarıdakı əmrlər əlavə seçimlər və ya parametrlər olmadan istifadə edildikdə, "ACN"-nin mətn əsaslı interfeysi daxilində kolleksiyaları (collections), tənzimləmələri (configs), sənədləri (docs), "images" və "inventory"-ləri interaktiv şəkildə araşdırmaq imkanı mümkün olur.

Dostlar,

Güman edirəm ki, bu məqaləm də digər məqalələrim kimi faydalı olar.

Təşəkkür edirəm

Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...