Salam dostlar, Bu məqaləmdə nəzəri olaraq "Postfix" haqqında bəhs edəcəm. Real məzmuna keçid etməzdən əvvəl, istərdim ki, loru dildə kiçik bir izah verim. Yəni, fərz edək ki, siz ünsiyyətin (communication) çox vacib və sıx olduğu bir ofisin idarə olunmasını həyata keçirirsiniz və bu işdə çox cavabdehsiniz. Bu zaman zənglər, mesajlar, "email" yazışmalar və s. hər saniyə daxil olur və göndərilir ki, onların alıcılara (recipient) tez və təhlükəsiz şəkildə çatdırılmasını (yönləndirilməsini) təmin etmək də məhz sizin məsuliyyətinizdədir. Bu səs-küylü sıx ofisdə olduğu kimi, kompüter şəbəkələri mühitində də e-poçtların çatdırılmasını (yönləndirilməsini) idarə edən məsuliyyətli "Relay Agent" (RA) və ya "Mail Transfer Agent" (MTA) adlı oxşar sistem mövcuddur ki, bunlardan da biri məhz "Postfix"-dir. Beləliklə: "Postfix" nədir? Açıq mənbə kodlu və pulsuz olan "Postfix" ən populyar "MTA"-lardan biridir, əsas funks...
Information Technology and Services