Skip to main content

Posts

Showing posts from August, 2024

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...

Password Managers

  Salam dostlar, Bu məqalədə bəzi parol saxlama menecerləri (password managers) haqqında bəhs etmək istərdim. Belə ki, təhlükəsizliyin artırılması və istifadəçi rahatlığının təmin edilməsi məqsədilə nəzərdə tutulmuş və bu istiqamətdə əhəmiyyətli rol oynayan parol saxlama menecerləri, istifadəçilərə parollarını təhlükəsiz şəkildə saxlamağa və müxtəlif cihazlar arasında sinxronizasiya etməyə kömək edir. Beləliklə, həmin parol saxlama menecerlərini ətraflı şəkildə nəzərdən keçirək və müqayisə edək: "Bitwarden" "AES-256 bit" şifrələmə metodunu istifadə edir; "Windows", "macOS", "Linux", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir; Pulsuz versiyası mövcud olsa da "premium" versiyası illik abunə ilə təmin edilir; Təhlükəsizlik monitorinqi, iki faktorlu identifikasiya, sinxronizasiya, bir neçə istifadəçi üçün hesab paylaşımı və s. mövcuddur; "User friendly" interfeysi var, açıq mən...