Skip to main content

DRAM, SRAM və CPU Cache Haqqında

Salam dostlar,

Bu məqaləmdə sizə "DRAM", "SRAM" və "CPU Cache" haqqında bəhs edərək, "DRAM" və "SRAM" arasındakı bəzi fərqləri izah edəcəm. Beləliklə, "DRAM", "SRAM" və "CPU Cache" nədir?Bildiyiniz kimi kompüterin müxtəlif yaddaş növləri vardır ki, onlardan bəziləri "DRAM", "SRAM" və "CPU Cache" yaddaş növləridir.

  • "DRAM" "Dynamic Random Access Memory" adlanır və "RAM" modulunda istifadə edilir. "DRAM" məlumatları saxlamaq üçün kondensatorlardan istifadə edən bir yaddaşdır və bu kondensatorlar məlumatları saxlamaq üçün daim və dinamik şəkildə elektrik enerjisi ilə təchiz olunaraq (refresh) yenilənir;
  • "SRAM" "Static Random Access Memory" adlanır və "CPU Cache" modulunda istifadə edilir. "DRAM"-dan fərqli olaraq "SRAM"-da (refresh) yenilənmə prosesi baş vermir, lakin "SRAM" həddindən artıq "DRAM"-dan sürətlidir və olduqca çox bahadır.
  • "CPU Cache" "CPU"-nun daxili yaddaşıdır və funksiyası "RAM"-dan alınan məlumat və təlimatların nüsxəsini saxlamaqdan ibarətdir. "CPU" məlumat mübadiləsi etməzdən əvvəl həmin məlumatın "CPU Cache"-də olub-olmamasını yoxlayır. Belə ki, əgər məlumat "CPU Cache"-də olarsa, mübadilə prosesi sürətli şəkildə, əgər məlumat "CPU Cache"-də yoxdursa, onda "CPU" yenidən "RAM"-a müraciət edir ki, bu zaman mübadilə prosesi yavaş şəkildə həyata keçir. Yəqin ki, müşahidə etmisiniz, kompüterdə (word, excel və s. kimi) eyni bir məlumata müraciət edildikdə həmin məlumatlar sürətli şəkildə icra olunur ki, bu da həmin məlumatların "CPU" tərəfindən yenidən "RAM"-dan deyil, məhz "CPU Cache"-də götürülməsi deməkdir və bu zaman kompüterin performansı da sürətli olur. Praktiki olaraq kompüteri "CPU Cache"-siz təsəvvür etsək, bu zaman "CPU"-nun həm eyni, həm də müxtəlif məlumat mübadiləsi üçün "RAM"-ı yüklədiyini, hətta müvəqqəti yaddaş funksiyasına malik olan "RAM" yüksək həcmdə olsa da belə, istənilən halda məlumat mübadiləsi zamanı "RAM"-ın yüklənmə prosesinin nəzərə çarpdığını müşahidə edəcəyik. Məhz buna görə də, mütəxəssislər "CPU Cache" yaddaş növünü icad etdilər ki, hər dəfə "CPU" ondan nisbətən uzaqda olan "RAM"-a deyil, ona yaxın olan öz "Cache" yaddaşına müraciət etsin. Bir sözlə desək, "CPU Cache" məlumat mübadiləsi üçün "RAM"-a deyil, "CPU"-ya daha yaxındır. "CPU Cache"-də 3 səviyyə (level) "cache" növü vardır:
No alt text provided for this image
  • "Level 1 (Primary) Cache" - həddindən artıq sürətli "cache" növüdür, "CPU"-nun daxilində yerləşir və "CPU" ilə eyni sürətə malikdir;
  • "Level 2 (External) Cache" - əsasən "CPU"-nun daxilində deyil, xaricində yerləşir və əgər "CPU" öz daxilində yerləşən "Level 1 (Primary) Cache"-dən məlumatları tapa bilmədikdə, onda "Level 2 (External) Cache"-ə müraciət edir. "L2EC" "L1PC"-dən həcmcə böyük, sürət baxımından isə zəifdir;
  • "Level 3 (External) Cache" - bu "level" də əsasən "CPU"-nun daxilində deyil, xaricində yerləşir və əgər "CPU" öz daxilində yerləşən "Level 2 (External) Cache"-dən məlumatları tapa bilmədikdə, onda "Level 3 (External) Cache"-ə müraciət edir. Əgər son olaraq "CPU" lazım olan məlumatı "Level 3 (External) Cache"-də tapa bilmədikdə isə, onda "CPU" müvəqqəti yaddaş və yavaş məlumat mübadiləsi həyata keçirən "RAM"-a müraciət edir. "L3EC" "L2PC"-dən həcmcə böyük, sürət baxımından isə zəifdir;

Dostlar,
Güman edirəm ki, bu məqaləm maariflənməniz istiqamətində işinizə yarayacaqdır. Zəhmət olmasa bu məqaləmi bəyənərək paylaşasanız ki, digər İT əməkdaşlar da məlumatlı olsunlar...

Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,
Müəllif
Araz Əhmədov


Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...