Salam dostlar,
Bu qısa məqaləmdə şəbəkə mövzusuna istinad edərək ip ünvanlar haqqında bəhs etmək istərdim. Belə ki, internetdə şəbəkə-ip haqqında kifayət qədər məlumat və resurs olduğundan daha çox elmi-texniki detallara varmaq istəmirəm. Beləliklə, ip ünvan nədir? İP ünvan (internet protocol) şəbəkədə olan avadanlıqların bir-birilə əlaqə və ünsiyyətin təmin edilməsini həyata keçirir. Yəni bir sözlə desək, insanların bir-birlərini anlaması və əlaqə qurması üçün ünsiyyət vasitəsi kimi dil mühüm rol oynayırsa, hər bir cihazın da bir-birlərini anlaması və əlaqə qurması üçün ip ünvan (dil funksiyasını yerinə yetirərək) ünsiyyət vasitəsi kimi mühüm rol oynayır. Beləliklə, ip ünvan haqqında bəzi vacib məlumatları qeyd etmək istərdim:
- ip ünvan 2 hissədən ibarət olur: şəbəkə (network) və "host" ünvanı;
- ip ünvan təsnifatına görə 2 (ipv4 və ipv6) cür olur;
- ipv4 "octet" olmaqla "4" hissədən (192.168.10.100) ibarətdir və hər "octet"-də rəqəm sayı "0-255" arasında olur;
- ipv4 ümumi olaraq 32 bit-dən ibarətdir və bu 32 bit-i yaradan səbəb hər "octet"-in ayrılıqda 8 bit olmasıdır (4*8=32);
- ipv4-ün ümumilikdə 4,294,967,296 ədəd unikal ünvanı vardır;
- Kompüter və şəbəkə cihazları ip ünvanı 192.168.10.100 standard rəqəmlər kimi deyil, "binary" formatında (0 və 1 kimi) başa düşür;
Beləliklə, sual yarana bilər ki, ip ünvanın standard rəqəmlərdən "binary" formata konvertasiya edilməsi prosesi necə baş verir? Sözsüz ki, hal-hazırda bəzi "online tool"-lar vasitəsilə istənilən konvertasiya proseslərini icra etmək olar, ancaq fikrimcə konvertasiya prosesini mənimsəmək maariflənmə istiqamətində daha da məqsədə uyğundur. Beləliklə,
"8 bit octet chart"-da konvertasiya prosesini (linkedin-də qrafiki imkanlar olmadığına görə sətir tipli izahlı variant ilə) "192.168.10.100" ipv4 ünvanı üzərindən həyata keçirək:
192 - | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | --> 128+64=192 (11000000)
128 (1) 64 (1) 32 (0) 16 (0) 8 (0) 4 (0) 2 (0) 1 (0)
"128" və "64" rəqəmləri cəmlənərək ilk "octet"-i əmələ gətirdiyi üçün "1", digərləri (32, 16, 8, 4, 2, 1) isə bu hesablamada iştirak etmədiyi üçün "0" binary rəqəmini təşkil edir;
168 - | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | --> 128+32=168 (10101000)
128 (1) 64 (0) 32 (1) 16 (0) 8 (1) 4 (0) 2 (0) 1 (0)
10 - | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | --> 8+2=10 (00001010)
128 (0) 64 (0) 32 (0) 16 (0) 8 (1) 4 (0) 2 (1) 1 (0)
100 - | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | --> 64+32+4=100 (01100100)
128 (0) 64 (1) 32 (1) 16 (0) 8 (0) 4 (1) 2 (0) 1 (0)
Dostlar,
Güman edirəm ki, ip haqqında bu yazım maariflənməniz istiqamətində işinizə yarayacaqdır. Zəhmət olmasa bu yazımı bəyənərək paylaşasanız ki, digər İT əməkdaşlar da məlumatlı olsunlar...
Təşəkkür edirəm və uğurlar!
Hörmətlə,
Müəllif
Araz Əhmədov
Comments
Post a Comment