Salam dostlar,
Bu məqaləmdə ipv6 haqqında bəhs etmək istərdim. Belə ki, texnologiyanın inkişafı həddindən artıq sürətli olduğundan ipv4 ünvanlarının məhdudluğu və kifayət etməyəcəyi nəzərə alınaraq yeni nəsil ipv6 ünvanları yaradıldı. Beləliklə, ipv6-nın ipv4 ilə bəzi fərqlərinə nəzər salaq:
- ipv4 ünvanı 32bit-dən (decimal) ibarətdirsə, ipv6 128 bit-dən (hexadecimal) ibarətdir;
- ipv4 ünvanında yalnız rəqəmlər (decimal) istifadə olunursa, ipv6 ünvanında isə həm rəqəmlər, həm də hərflər (hexadecimal) istifadə olunur;
- ipv4 ünvanı 4 milyarddan yuxarı saydadırsa, ipv6 ünvanı 340 trilyondan yuxarı saydadır;
- ipv4 ünvanı məhdud sayda olduğundan cihazlarda yenidən (təkrar) istifadə və ya "mask" oluna bilirsə, ipv6 ünvanı həddindan artıq sayda olduğundan hər bir cihazın (təkrar istifadə olmadan) bənzərsiz (unique) ip ünvanı ola bilər;
- ipv4 ünvanı 4 "octet" və hər "octet" 8 bit-dən ibarətdirsə, ipv6 ünvanı 8 "octet" və hər "octet" 16 bit-dən ibarətdir, eləcə də hər "octet" bir-birindən iki nöqtə (:) ilə ayrılır;
İpv4 ünvanında olduğu kimi, ipv6 ünvanından da "binary" formata konvertasiya prosesi (fərqli üsul ilə) baş verir. Bir daha qeyd edim ki, kompüter və şəbəkə cihazları ip ünvanı standard rəqəmlər kimi deyil, "binary" formatında (0 və 1 kimi) anlayır və icra edir.
Beləliklə, konvertasiya prosesini (linkedin-də qrafiki imkanlar olmadığına görə sətir tipli izahlı variant ilə) "2345:A425:2CA1:38BD:2091:C567:AF73:23B5" ipv6 ünvanı üzərindən aşağıdakı cədvələ uyğun şəkildə həyata keçirək:
2345 - "hexadecimal" sütununda yer alan 2 rəqəmi "binary" sütununda 0010; 3 rəqəmi 0011; 4 rəqəmi 0100; 5 rəqəmi isə 0101 kimi konvertasiya olunur (0010001101000101);
A425 - "hexadecimal" sütununda yer alan A hərfi "binary" sütununda 1010; 4 rəqəmi 0100; 2 rəqəmi 0010; 5 rəqəmi isə 0101 kimi konvertasiya olunur; (1010010000100101);
2CA1 - "hexadecimal" sütununda yer alan 2 rəqəmi "binary" sütununda 0010; C hərfi 1100; A hərfi 1010; 1 rəqəmi isə 0001 kimi konvertasiya olunur (0010110010100001);
38BD - "hexadecimal" sütununda yer alan 3 rəqəmi "binary" sütununda 0011; 8 rəqəmi 1000; B hərfi 1011; D hərfi 1101 kimi konvertasiya olunur (0011100010111101);
2091 - "hexadecimal" sütununda yer alan 2 rəqəmi "binary" sütununda 0010; 0 rəqəmi 0000; 9 rəqəmi 1001; 1 rəqəmi isə 0001 kimi konvertasiya olunur (0010000010010001);
C567 - "hexadecimal" sütununda yer alan C hərfi "binary" sütununda 1100; 5 rəqəmi 0101; 6 rəqəmi 0110; 7 rəqəmi isə 0111 kimi konvertasiya olunur (1100010101100111);
AF73 - "hexadecimal" sütununda yer alan A hərfi "binary" sütununda 1010; F hərfi 1111; 7 rəqəmi 0111; 3 rəqəmi isə 0011 kimi konvertasiya olunur (1010111101110011);
23B5 - "hexadecimal" sütununda yer alan 2 rəqəmi "binary" sütununda 0010; 3 rəqəmi 0011; B hərfi 1011; 5 rəqəmi isə 0101 kimi konvertasiya olunur; (0010001110110101);
Dostlar,
Güman edirəm ki, ipv6 haqqında bu məqaləm maariflənməniz istiqamətində işinizə yarayacaqdır. Zəhmət olmasa bu yazımı bəyənərək paylaşasanız ki, digər İT əməkdaşlar da məlumatlı olsunlar...
Təşəkkür edirəm və uğurlar!
Hörmətlə,
Müəllif
Araz Əhmədov
Comments
Post a Comment