Skip to main content

Zabbix Server (Monitoring Tool)

Salam dostlar,

Bu məqaləmdə sizə monitorinq "tool" olan "Zabbix" haqqında bəhs edərək, linux (CentOS7) üzərində "Zabbix" monitoring "server"-in quraşdırılmasını təqdim edəcəm. Beləliklə, monitorinq nədir?

  • Monitorinq nüvə, yaddaş, giriş-çıxış, şəbəkə, disk istifadəsi, proseslər və s. daxil olmaqla istənilən tələb olunan server və sistem resurslarını nəzarətdə saxlama prosesidir ki, hər hansı bir xəta anında müdaxilə etmək, eləcə də "server"-in resurslarının artırılması və ya azaldılmasını təmin etmək, o cümlədən resurs yükünü bölüşdürmək kimi və s. bir çox prosesləri həyata keçirmək mümkün olur. Monitorinq "tool"-larına misal olaraq "Zabbix, "Nagios" "Ntop", "DataDog", "Icinga" və s. qeyd etmək olar. Beləliklə, ilk olaraq sizə "Zabbix" haqqında bəhs etmək istərdim.

"Zabbix" nədir?

  • "Zabbix" müəssisə daxilində olan (sistem, şəbəkə, texniki və s.) resursları, şəbəkənin çoxsaylı parametrlərini və "server"-lərin, virtual maşınların, proqramların, xidmətlərin, verilənlər bazasının, vebsaytların, "cloud"-un və s. sağlamlığını, stabilliyini və bütövlüyünü izləmək üçün istifadə olunan çox faydalı bir proqram təminatıdır. "Zabbix" e-poçt, "slack", "jira", "brevis" kimi bir sıra platformalar vasitəsilə istifadəçiləri problemlər barədə xəbərdar edən çevik bildiriş mexanizmindən də istifadə edir. "Zabbix"-in əsas üstünlüklərindən biri odur ki, o, açıq mənbəli proqram təminatıdır, yəni "Zabbix" tamamilə pulsuzdur və həmçinin məlumatların vizuallaşdırılması ilə yanaşı, bütün funksiyaları özündə daşıyan çox yaxşı bir monitorinq sistemidir. "Zabbix" server bütün agentlərindən məlumatı toplayır, təhlil edir və eyni məlumatın düzgün təqdimatını həyata keçirir. "Zabbix" həmçinin müxtəlif vidjetlər, qrafiklər, şəbəkə xəritələri, slayd şouları və hesabatlarla "Web UI" iş panelini şərh etmək üçün fərdiləşdirilə və asan bir yolla təqdim edilə bilən monitorinq sistemidir. Beləliklə, indi isə "Zabbix server"-in quraşdırılmasını həyata keçirək. Qeyd edim ki, mən quraşdırmanı "CentOS7" üzərindən həyata keçirəcəyəm və prosesə keçid etməzdən əvvəl əməliyyat sistemin "full update" olunmuş vəziyyətdə olması daha da məqsədə uyğundur. Beləliklə:

"Zabbix Server"-in quraşdırılması (mündəricat):

  • "SELinux"-un "disable" edilməsi;
  • "Web server"-in quraşdırılması;
  • "PHP"-nin yüklənməsi və tənzimlənməsi;
  • "Mariadb server"-in quraşdırılması;
  • "Zabbix mysql db"-nin yüklənməsi və tənzimlənməsi;
  • "Zabbix sql file"-ın "db"-yə əlavə edilməsi;
  • "Zabbix server conf" faylın tənzimlənməsi;
  • "Zabbix agent conf" faylın tənzimlənməsi;
  • "Firewall" üzərindən "http", "https", "10050/tcp və 10051/tcp" portlarına icazənin təyin edilməsi;

Addım 1 - "SELinux"-un "disable" edilməsi;

vim /etc/sysconfig/selinux

“SELINUX=enforcing” to “SELINUX=disabled”

Bu zaman faylı olduğu kimi yaddaşa verərək fayldan çıxışı təmin etdikdən sonra sistemi (reboot) yenidən başladırıq;

Addım 2: "Web server"-in quraşdırılması, "start" və "enable" edilməsi;

[root@Zabbix-Server ~]# yum -y install httpd
[root@Zabbix-Server ~]# systemctl status httpd
[root@Zabbix-Server ~]# systemctl start httpd
[root@Zabbix-Server ~]# systemctl enable httpd

Addım 3: "PHP package"-in quraşdırılması və "php.ini file"-ı açaraq "execution time, upload size" vaxt, ölçünün artırılması, eləcə də "date time zone"-nun və s. tənzimlənməsi;

[root@Zabbix-Server ~]# yum -y install epel-release
[root@Zabbix-Server ~]# rpm -Uvh https://mirror.webtatic.com/yum/el7/webtatic-release.rpm
[root@Zabbix-Server ~]# yum -y install mod_php72w php72w-cli php72w-common php72w-devel php72w-pear php72w-gd php72w-mbstring php72w-mysql php72w-xml php72w-bcmath


[root@Zabbix-Server ~]# vi /etc/php.ini

Aşağıdakı bütün sətrləri (öz istəyinizə uyğun) "php.ini file"-a daxil edin:

max_execution_time = 600
max_input_time = 600
memory_limit = 256M
post_max_size = 32M
upload_max_filesize = 16M
date.timezone = Asia/Baku

Aşağıdakı əmrdən istifadə etməklə "web server"-in yenidən başladın;

[root@Zabbix-Server ~]# systemctl restart httpd

Addım 4: "Zabbix mysql db"-nin yüklənməsi və tənzimlənməsi;

[root@Zabbix-Server ~]# yum -y install mariadb-server
[root@Zabbix-Server ~]# systemctl status mariadb
[root@Zabbix-Server ~]# systemctl start mariadb
[root@Zabbix-Server ~]# systemctl enable mariadb
[root@Zabbix-Server ~]# mysql_secure_installation

Aşağıdakı əmrdən istifadə etməklə bütün məlumatların (data) yer alması üçün "Zabbix db"-nin yaradılması;

[root@Zabbix-Server ~]# mysql -u root -p

"Zabbix db"-nin yaradılması, istəyimizə uyğun "database" istifadəçi və parol məlumatlarının daxil edilməsini təmin edirik. Qeyd edim ki, mən "database" istifadəçi "zabbix", parolu da "zabbix" olaraq təyin edirəm;

create database zabbix; 
grant all privileges on zabbix.* to zabbix@'localhost' identified by 'zabbix'; 
grant all privileges on zabbix.* to zabbix@'%' identified by 'zabbix'; 
flush privileges;
\q
  • Addım 5: "Zabbix rpm package"-in yüklənərək icra edilməsi və "Zabbix sql file"-ın "db"-yə əlavə edilməsi;
[root@Zabbix-Server ~]# yum -y install http://repo.zabbix.com/zabbix/4.0/rhel/7/x86_64/zabbix-release-4.0-2.el7.centos.noarch.rpm

"Zabbix"-in quraşdırılması;

[root@Zabbix-Server ~]# yum -y install zabbix-get zabbix-server-mysql zabbix-web-mysql zabbix-agent
[root@Zabbix-Server ~]# cd /usr/share/doc/zabbix-server-mysql-4.0.39/
[root@Zabbix-Server ~]# gunzip create.sql.gz
[root@Zabbix-Server ~]# mysql -u root -p zabbix < create.sql
  • Addım 6: "Zabbix server conf" faylın tənzimlənməsi;

Qeyd edim ki, mən test olaraq aşağıdakı məlumatları daxil etmişəm, siz istədiyiniz məlumatları qeyd edə bilərsiniz;

[root@Zabbix-Server ~]# vi /etc/zabbix/zabbix_server.conf


DBHost=localhost
DBPassword=passw0rd
DBName=zabbix

"Zabbix service"-i "enable" edərək yenidən başladın;

[root@Zabbix-Server ~]# systemctl start zabbix-server
[root@Zabbix-Server ~]# systemctl enable zabbix-server
[root@Zabbix-Server ~]# systemctl restart zabbix-server

Addım 7: "Zabbix agent conf file"-ın tənzimlənməsi;

[root@Zabbix-Server ~]# vi /etc/zabbix/zabbix_agentd.conf

Qeyd edim ki, mən ip ünvanı "127.0.0.1""hostname"-i isə "Zabbix-Server" olaraq qeyd etmişəm. Siz özünüzə məxsus "server"in ip ünvanını daxil edə bilərsiniz;

Server=127.0.0.1
ServerActive=127.0.0.1
Hostname=Zabbix-Server

"Zabbix service"-i "enable" edərək yenidən başladın;

[root@Zabbix-Server ~]# systemctl start zabbix-server
[root@Zabbix-Server ~]# systemctl enable zabbix-server
[root@Zabbix-Server ~]# systemctl restart zabbix-server
  • Addım 8: "Firewall" üzərindən "http", "https", "10050/tcp və 10051/tcp" portlarına icazənin təyin edilməsi;

Əgər "default" olaraq sisteminizdə "firewalld" yüklü halda deyilsə, onda aşağıdakı əmri icra edərək "firewalld"-nin yüklənməsini həyata keçirə bilərsiniz;

[root@Zabbix-Server ~]# yum -y install firewalld

"Firewall service"-nin başladaraq "enable" edirik;

[root@Zabbix-Server ~]# systemctl start firewalld
[root@Zabbix-Server ~]# systemctl enable firewalld


[root@Zabbix-Server ~]# firewall-cmd --add-service={http,https} --permanent
[root@Zabbix-Server ~]# firewall-cmd --add-port={10050/tcp,10051/tcp} --permanent
[root@Zabbix-Server ~]# firewall-cmd --reload
[root@Zabbix-Server ~]# firewall-cmd --list-all

Son olaraq aşağıdakı "service"-ləri yenidən başladırıq;

[root@Zabbix-Server ~]# systemctl restart zabbix-server
[root@Zabbix-Server ~]# systemctl restart zabbix-agent
[root@Zabbix-Server ~]# systemctl restart httpd

Beləliklə, nəticə olaraq aşağıdakı linkə keçid edərək "Zabbix Web" platformasına girişi təmin edə bilərik.

Açılan pəncərələrdə "next step" seçərək, növbəti pəncərələrə keçid edirik;

No alt text provided for this image


No alt text provided for this image
No alt text provided for this image
No alt text provided for this image
No alt text provided for this image
No alt text provided for this image

Qeyd edim ki, ip ünvan yerinə siz tənzimlədiyiniz "Zabbix server"-in ip ünvanını yaza bilərsiniz. 

http://127.0.0.1/zabbix/ 

Username: Admin (A hərfi böyük hərflə qeyd olunmalıdır) 

Password: zabbix (default parol)

No alt text provided for this image
No alt text provided for this image

Dostlar,

Güman edirəm ki, "Zabbix" haqqında nəzəri və praktiki bu məqaləm maariflənmə istiqamətində işinizə yarayacaqdır. Dostlar, əməyə hörmət əlaməti olaraq zəhmət olmasa bu məqaləni bəyənə, rəy bildirə və paylaşasınız ki, digər İT əməkdaşlar da bu və digər məqalələrimi görsünlər və bəhrələnə bilsinlər. Həmçinin bu və digər məqalələrim barəsində öz fikirlərinizi də rəy yerində buyurub bildirə bilərsiniz.

Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,
Müəllif
Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...