Salam dostlar,
Bu məqaləmdə "RHCSA-EX200" imtahanında düşə biləcək növbəti sualın həllini, bəzi nəzəri bilikləri və müzakirəsini təqdim edəcəm. Bir daha qeyd edim ki, təqdim edəcəyim (qarışıq) nəzəri və praktiki sualların, imtahandakı praktiki suallar ilə 100 faiz eynilik təşkil etməsi anlamına gəlmir. Sadəcə olaraq məqsədim həmin nəzəri, praktiki sualların təyinatını anlamaq və cavabları əzbərləməklə deyil, məntiqi həll yolu ilə icra etməklə, imtahana düşə biləcək bu tipli sualların həllini həyata keçirməkdir. Beləliklə:
- Prakitki Sual 2
Sistemi analiz (monitoring) etməyin rahat yollarından biri loq fayllarının izlənilməsidir ki, əgər infrastrukturda "Mail", "Web", "Proxy", "DNS" və s. daha çox sayda "server"-lər varsa, bu zaman həmin "server"-lərin bir-bir monitorinq edilməsi xeyli vaxt ala bilər ki, bu zaman həmin "server"-lərdən yığılan loqların "LOG Server"-də mərkəzləşdirilməsi və mərkəzdən izlənilməsi zərurəti yaranır. Belə olan halda "LOG Server"-i necə tənzimləmək olar ki, digər "server"-lərdən (remote hosts) olan bütün loqları mərkəzləşdirsin və həmin loqların asan izlənilməsi, analiz edilməsi (troubleshooting) işi təmin edilsin?
- Həll yolu:
Suala qısa (metodlardan biri kimi) cavab olaraq "remote server"-dən loqları qəbul etmək üçün "host server"-də (linux əməliyyat sistemi versiyalarından asılı olaraq) "vim /etc/sysconfig/rsyslog" əmrini icra edərək şəkildəki kimi əlavələri etmək lazımdır;
Ümumiyyətlə, "rsyslog-un" qurulmasını həyata keçirmək üçün digər metod ilə bağlı Nəzəri və Praktiki Biliklər:
İlk (birinci) addımda "ryslog"-un "host server'-də yüklənmiş halda olub-olmadığını yoxlamaq lazımdır və əks halda "yum/dnf install rsyslog" əmrini icra etməklə yükləməni həyata keçirmək lazımdır. Aşağıdakı şəkilli nümunədə "rpm -qa | grep rsyslog" əmri icra edilmişdir ki, bu da "rsyslog"-un yükləndiyini göstərir.
Qeyd: Sözsüz ki, imtahanda internet çıxışı bağlı olduğuna görə, bütün paketlər sistemdə yüklənmiş halda olur. Lakin mən bu məqalədə həll yolunu təqdim etməklə, həmçinin mərkəzi "LOG Server"-in (host log server) necə qurulduğunu və (remote log serverlərin host log serverə əlavə olunaraq) necə tənzimləndiyini də əlavə bir məlumat kimi müəyyən addımlarla izah etmiş oluram;
İkinci addımda "rsyslog"-un aktiv (running) vəziyyətdə olduğunu yoxlamaq lazımdır;
Üçüncü addımda "vim /etc/rsyslog.conf" əmrini icra etməklə "rsyslog"-un konfiqurasiya faylına daxil olmaq və loqların "UDP" protokolu vasitəsilə qəbul edilməsi üçün "module(load="imudp") və (type="imudp" port="514")" sətrlərinin qarşısından "#" (comment) simvolunu silərək və yaddaşa verərək konfiqurasiya faylından çıxmaq lazımdır;
Qeyd: Əgər loqların "TCP" protokolu vasitəsilə qəbul edilməsi istəyi olarsa, bu zaman "rsyslog'-un konfiqurasiya faylında "UDP" yerinə, "TCP" yazmaq lazımdır: "module(load="imtcp") və (type="imtcp" port="514")"
Dördüncü addımda sistemin bütün müdafiə divarını (firewall) deaktiv etmək əvəzinə, "rsyslog"-un standard (default) portu olan "514" portunu aktiv etmək üçün "firewall-cmd --add-port=514/tcp --zone=public --permanent" əmrini icra etmək lazımdır;
Beşinci addımda "rsyslog service"-i yenidən başlatmaq (restart), işlək vəziyyətdə (running) olduğunu təsdiq və daimi olaraq aktiv vəziyyətdə qalması üçün "enable" etmək lazımdır;
Altıncı addımda "rsyslog server"-in həqiqətən də "514" portunda olduğuna əmin olmaq üçün (listening on port) "netstat -pnltu" əmrini icra etmək lazımdır;
Növbəti addımlarda "rsyslog central server"-ə loqları göndərəcək "client server"-in tənzimləmələrini həyata keçirmək lazımdır ki, burada da tənzimləmə və proseslər (yalnız rsyslog enable, restart, status, firewall-da 514 UDP portu əlavə etmə və reload prosesləri) eynilə "rsyslog central server"-dəki kimi olacaqdır. Lakin bir fərq ondan ibarət olacaqdır ki, "client server"-də "vim /etc/rsyslog.conf" faylında "rsyslog central server"-in ip ünvanını qeyd etməklə loqların mərkəzi "server"-ə yönləndirilməsini təmin etmək lazımdır;
Sonda isə "client sever"-də loqa düşəcək hər hansı bir proses (sətrdə mətn qeyd) etməklə "rsyslog central server"-də görünməsini təmin edərək funksionallığı yoxlamaq lazımdır;
Dostlar,
Güman edirəm ki, məqaləm maariflənməniz istiqamətində sizin üçün çox faydalı olacaqdır.
Təşəkkür edirəm
Hörmətlə,
Müəllif
Araz Əhmədov
Great
ReplyDelete