Skip to main content

Fayl şifrələmə vasitələri (Linux)

Salam dostlar,

Bu məqaləmdə "linux"-da istifadə olunan bəzi fayl şifrələmə vasitələri (file encryption tools) haqqında bəhs edəcəm. Beləliklə, fayl şifrələməsi nədir və "linux"-da hansı fayl şifrələmə vasitələri mövcuddur?

Fayl şifrələməsi mübadilə edilən məlumatların oxunmaz vəziyyətə çevrilməsi prosesidir ki, faylların şifrələnməsi təhlükəsizlik baxımından çox vacibdir. Beləliklə, "linux"-da faylların şifrələməsini həyata keçirən bəzi vasitələr (tools) mövcuddur:


  • "GnuPG (GPG)"

"GnuPG" şifrələmə və rəqəmsal imza məqsədləri üçün geniş istifadə olunan pulsuz və açıq mənbəli proqramdır ki, faylları və e-poçtları şifrələmək, eləcə də deşifrə etmək üçün "OpenPGP" standartından istifadə edir. Bu şifrələmə platformasınds əvvəlcə "public key" və "private key" yaradılmalıdır ki, bu zaman "public key" şifrələmə (encrypt), "private key" isə şifrənin açılması (decrypt) üçün istifadə olunur;


  • "VeraCrypt"

"VeraCrypt" təhlükəsizliyini təmin edilməsi üçün "AES", "Serpent" və "Twofish" kimi müxtəlif şifrələmə alqoritmlərindən istifadə edir və bütün bölmələri (partitions) şifrələyə və ya faylları saxlamaq üçün şifrələnmiş konteynerlər yarada bilən güclü bir şifrələmə vasitəsidir. Bir sözlə, "VeraCrypt" istifadə edərək faylı və ya qovluğu şifrələmək üçün əvvəlcə şifrələnmiş konteyner yaradılmalıdır;


  • "EncFS"

"EncFS" şifrələnmiş virtual fayl sistemini təmin edən açıq mənbəli fayl şifrələmə vasitəsidir və faylların təhlükəsiz saxlana bilməsi üçün əvvəlcə şifrələnmiş qovluq yaradılmalıdır ki, bu zaman "FUSE"-dən (Filesystem in Userspace) istifadə edilir;


  • "OpenSSL"

"OpenSSL" faylları, qovluqları və ya bütün bölmələri (partitions) şifrələmək üçün istifadə edilə bilən açıq mənbəli şifrələmə vasitəsidir və "AES", "Blowfish", eləcə də "DES" kimi müxtəlif şifrələmə alqoritmlərini dəstəkləyir;


  • "Cryptsetup"

"Cryptsetup" sərt disklər, bölmələr (partitions və volumes), "USB" sürücüləri (drives) də daxil olmaqla blok cihazları (block devices) şifrələmək üçün istifadə olunur və müxtəlif şifrələmə alqoritmlərini dəstəkləyir.


Dostlar,

Güman edirəm ki, bu məqaləm də sizin üçün faydalı olar.


Təşəkkür edirəm və uğurlar!


Hörmətlə,

Müəllif

Araz Əhmədov































































Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...