Skip to main content

Yerli Depolar (Local Repositories in Linux)

Salam dostlar,

Bu qısa məqaləmdə sizə yerli depo (local repository) haqqında bəzi məlumatları təqdim etmək istərdim. Beləliklə, depo nədir?

Depo anlayışının nə olduğunu bilirsiniz və istənilən sahədə depoya, yəni daha da müfəssəl qeyd etsək, ehtiyat anbarına ehtiyac duyula bilər ki, bu zaman anbarı nəzərdən keçirdikdə orada bizə lazım olan hər hansı bir məlumat və ya təminatın mövcud olması, eləcə də işimizə yaraması, bizim həmin məlumat və ya təminatı yenidən əldə etməyimizə (vaxt itkisi kimi və s.) ehtiyac yaratmır. Digər sahələrdə olduğu kimi, yerli depoya məhz texnologiya mühitində də rast gəlinir ki, onlardan da biri məhz "Linux"-da həyata keçirilə bilən "local repository"-dir.

"Local Repository" nədir?

"Linux"-da "local repository" internet üzərindən əlçatan olan, yüklənilə bilən və yerli (local) sistemdə saxlanılan proqram və paketlərin (package) deposudur ki, məhz "local repository"-nin məqsədi internet bağlantısı tələb etmədən yerli sistemdə asanlıqla quraşdırıla və idarə oluna bilən proqram, paketlərin mərkəzləşdirilmiş mənbəyini təmin etməkdir. Yəni, hər hansı bir şirkət, idarə və müəssisədə mövcud daxili qayda və siyasətə (IT policy) uyğun olaraq internet məhdudiyyətləri mövcud, eləcə də hər dəfə internetə qoşulmaqla müvafiq proqram və paketlərin yüklənməsi, həm tətbiq edilmiş məhdudiyyət, həm də vaxt baxımından mümkünsüz olarsa, bu zaman "local repository"-nin yaradılması daha da məqsədəuyğun hesab edilir. Qeyd edim ki, yerli depolar müəssisə və korporativ mühitlərdə geniş şəkildə istifadə olunur ki, onların bir sıra üstünlükləri mövcuddur:

  • "Offline" quraşdırmalar: Yerli depolar hətta internet bağlantısı olmadıqda belə proqam və paketləri quraşdırmağa, eləcə də idarə etməyə imkan verir ki, bu da qoşulmanın məhdud olduğu mühitlərdə "client" maşınların yerli deponun yer aldığı "server" maşından proqram və paketlərin yüklənməsini (eləcə də sinxronlaşdırılmasını həyata keçirə bilir;
  • Proqram və paket versiyalarına nəzarət: Yerli repozitoriyadan istifadə etməklə sistemdə quraşdırılmış proqram və paketlərin versiyalarına tam nəzarət etmək mümkündür ki, bu da proqram və paketlərin stabilliyini təmin etmək üçün vacib ola bilər;
  • Sürətli quraşdırma: İnternetdən proqram və paket yükləməsi zamanı hər hansı texniki nasazlığın (internet kəsintisinin) olmasını nəzərə alaraq proqram və paketləri yerli depodan quraşdırmaq daha sürətli ola bilər;
  • "Reduced bandwidth": Proqram və paketləri yalnız bir dəfə endirmək, eləcə də yerli depoda saxlamaqla, proqram və paketləri quraşdırılması, eləcə də yenilənməsi prosesi zamanı istifadə olunan bant genişliyinin (bandwidth) miqdarını azaltmaq mümkündür.

Qeyd edim ki, yerli deponun yaradılması prosesinin "manual" icrası müəyyən əmrlər, avtomatlaşdırılması isə skriptlər vasitəsilə həyata keçirilir.

Dostlar,

Güman edirəm ki, bu kiçik məqaləm sizin üçün faydalı olar

Təşəkkür edirəm

Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...