Salam dostlar,
Bu (1-ci hissə) məqaləmdə "Nginx"-in quraşdırılması haqqında praktiki mühiti təqdim edəcəm. Qeyd edim ki, internet resurslarında "Nginx" haqqında öz dilimizdə nəzəri məlumatlar xeyli olduğundan, fikrimcə nəzəri və detallı şəkildə təqdimata ehtiyac yoxdur. Lakin kiçik giriş olaraq qeyd etmək istərdim ki, "Engine X" kimi tələffüz edilən "Nginx", eyni zamanda düz proksi (forward proxy), əks proksi (reverse proxy), yük balanslaşdırıcısı (load balancer) və "HTTP" keşi (http cache) kimi çıxış edə bilən "web server", eləcə də "Linux", "BSD", "MacOS" və "Windows" da daxil olmaqla müxtəlif əməliyyat sistemlərində işləyə bilən açıq mənbəli bir platformadır.
Dostlar,
İndi isə praktiki mühitə keçid edərək, "RHEL9" əməliyyat sistemimizdə "Nginx"-in quraşdırılmasını nəzərdən keçirək. Beləliklə:
"Nginx"-in quraşdırılması (installation) prosesi:
Addım 1:
- Hər hansı bir proqram paketi (package) yüklənməzdən əvvəl, sistemin yenilənməsi (update) vacib və məsləhətli olduğundan sistemi yeniləyirik;
Addım 2:
- Bu addımda "EPEL (Extra Packages for Enterprise Linux)" deposunu (repository) sistemə əlavə edir və "Nginx"-i yükləyirik. Əgər "EPEL" deposunun əlavə edilməsində hər hansı bir problem müşahidə olunarsa, onda standard (default) olaraq yüklənməni təmin edə bilərik;
Addım 3:
- Bu addımda standard (default) olaraq "enable" vəziyyətdə olan "firewalld service"-də "http" və "https" "rule"-larının icazəsini təmin etməklə "firewalld"-ni "reload" edirik;
Addım 4:
- Bu addımda "Nginx" "service"-in cari vəziyyətdə, eləcə də "boot" zamanı avtomatik olaraq işə düşməsi üçün aşağıdakı "enable" əmrini icra edirik;
Addım 5:
- Bu addımda "Nginx"-in sistemə yüklənməsini yoxlamaq üçün "server"-in "ip" ünvanını "web browser"-də yazaraq, standard (default) pəncərənin açılmasını təmin edirik;
Addım 6:
- Bu addımda "/etc/nginx/nginx.conf" faylına "server" adını təyin etməklə "nginx service"-i yenidən başladırıq və konfiqurasiya faylının düzgün şəkildə işləməsinə əmin olmaq üçün "nginx -t" əmrini icra edirik;
Dostlar,
Güman edirəm ki, "Nginx" haqqında (ilk hissə) bu məqaləm sizin üçün faydalı olar.
Təşəkkür edirəm
Hörmətlə,
Müəllif
Araz Əhmədov
Comments
Post a Comment