Skip to main content

Squid Proxy (I Hissə)

Salam dostlar,

Bu məqaləmdə "Squid Proxy" haqqında bəhs edəcəm və qeyd edim ki, ilk hissə nəzəri məzmunu əhatə edir.

Kompüter şəbəkələri sahəsində “proxy server-lər internetə çıxışın idarə edilməsi, imkanların genişləndirilməsi, trafikin tənzimlənməsi, keşin təmin edilməsi və s. mühüm rol oynayır ki, geniş istifadə olunan “proxy server”-lərdən biri “Squid Proxy”-dir. Beləliklə:


Mündəricat

  • “Squid Proxy” nədir;
  • “Squid Proxy” necə işləyir;
  • “Squid Proxy”-dən istifadənin üstünlükləri;
  • “Squid Proxy”-nin istifadə əhatəsi;
  • “Squid Proxy” ilə təhlükəsizlik və məxfilik.

 

“Squid Proxy” nədir?

“Squid Proxy” şəbəkə protokolları olan “HTTP”, “HTTPS”, “FTP” və s. daxil olmaqla müxtəlif şəbəkə protokollarını dəstəkləyən açıq mənbəli “proxy server”-dir. O, “client” (məsələn, veb-brauzerlər) və “server” arasında vasitəçi rolunu oynayır, keşləmə (caching), yük bölüşdürmə (load balancing), filtirləmə (filtering), trafikin tənzimlənməsi (bandwidth), təhlükəsizlik və s. üçün istifadə olunaraq (“client”-dan gələn sorğuları asanlaşdırır, performansı yaxşılaşdırmaq və bant genişliyindən istifadəni azaltmaq üçün “server”-in cavabını keşləyir;


“Squid Proxy” necə işləyir?

“Squid Proxy” müştəri (client) sorğularını əldə etmək və emal prosesini həyata keçirməklə fəaliyyət göstərir. Belə ki, müştəri veb səhifə və ya fayl üçün sorğu göndərdikdə, “squid” məzmunun keşlənmiş surətinin olub-olmadığını dəqiqləşdirir. Bu zaman məzmun keşdədirsə və hələ də etibarlıdırsa, “squid” onu birbaşa müştəriyə təqdim edir. Əks halda isə, “squid” sorğunu orijinal serverə yönləndirir, məzmunu (data) alır və gələcək sorğular üçün keşləməni təmin edir;


“Squid Proxy”-dən istifadənin üstünlükləri

  • Keşləmə: “Squid” tez-tez əldə edilən məzmunu yerli olaraq saxlayır və onu təkrar-təkrar orijinal “server”-dən götürmək ehtiyacını azaldır;
  • Bant genişliyinin optimallaşdırılması: Keşləmə ilə “squid” internet bant genişliyi (trafikin) istifadəsini əhəmiyyətli dərəcədə azalda bilir;
  • Girişə Nəzarət: Bu, idarəçilərə hansı müştərilərin xüsusi resurslara daxil ola biləcəyinə nəzarət etməyə imkan verir;
  • Məzmunun Filtrlənməsi: Müvafiq konfiqurasiyalarla “squid” müəyyən edilmiş qaydalara əsasən xüsusi məzmunu bloklaya və ya filtrləyə bilir;
  • Yük balansı: “Squid” performansı optimallaşdırmaq üçün müştəri sorğularını birdən çox serverə paylaya bilir. “Squid Proxy”-nin istifadə əhatəsi
  • Müəssisələr“Squid Proxy” adətən işçilər üçün internetə çıxışı idarə etmək və optimallatez ziyarət edilən saytlara daha sürətli girişi təmin etməyə kömək edir;
  • şdırmaq məqsədilə müəssisə mühitlərində yerləşdirilir. Bu, xüsusi veb-saytlara girişə nəzarət etməyə, bant genişliyi istifadəsini azaltmağa və tez-
  • “ISP”-lər və xidmət provayderləri

İnternet Xidməti Provayderləri (ISP) bant genişliyindən istifadəni optimallaşdırmaq və müştərilərinə daha sürətli internetə çıxış təmin etmək üçün “squid proxy-dən istifadə edirlər.

 

"Squid Proxy" ilə Təhlükəsizlik və Məxfilik

“Squid Proxy” müxtəlif metodlarla təhlükəsizliyi və məxfiliyi artıra bilər ki, onlardan bəzilərini qeyd etmək olar:

  • Girişə nəzarət siyahıları (ACLs): Administratorlar hansı müştərilərin xüsusi resurslara daxil ola biləcəyinə nəzarət etmək üçün qaydaları müəyyən edə bilərlər;
  • “SSL Bumping”: “Squid Proxy” əlavə təhlükəsizlik qatını təmin edərək şifrələnmiş trafiki yoxlamaq üçün konfiqurasiya edilə bilər;
  • Məzmun filtrlənməsi: O, zərərli və ya uyğun olmayan məzmuna qarşı qorunma səviyyəsini təmin edərək, xüsusi məzmunu bloklaya və ya filtrləyə bilir.

Beləliklə, “squid proxy” internetə çıxışı idarə etmək, bant genişliyini optimallaşdırmaq və şəbəkə performansını yaxşılaşdırmaq üçün güclü vasitədir. Onun əsaslarını başa düşmək və onu uyğun şəkildə konfiqurasiya etməklə, idarəçilər onun imkanlarını onların xüsusi ehtiyaclarına uyğunlaşdıra bilərlər.


Dostlar,

Güman edirəm ki, ilk hissə olan bu məqaləm maariflənməniz üçün faydalı olar. Qeyd edim ki, "Squid Proxy" haqqında növbəti hissə məqalələrim praktiki məzmunu əhatə edəcəkdir.

Təşəkkür edirəm və uğurlar!


Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Antivirus Mexanizmi

Salam dostlar, Bu yazımda sizə antivirus mexanizminin necə işlədiyi haqqında bəzi məlumatları təqdim etmək istərdim. Belə ki, bildiyiniz kimi antivirus proqramları kompüterlərin təhlükəsizliyini təmin etmək üçün ən vacib alətlərdən biridir ki, məhz virusları aşkar etmək, onların qarşısını almaq və onları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Beləliklə: 🔍 Virusun aşkarlanması Antivirus proqramları, əsasən, iki - imza əsaslı və davranış əsaslı üsulla virusları aşkar edir: İmza əsaslı aşkarlama (signature-based detection) - bu üsul, virusların əvvəlcədən müəyyən edilmiş imzaları (məlumat bazası) ilə müqayisə olunmasına əsaslanır. Hər bir virusun unikal bir imzası (kod parçası) olur və antivirus proqramı bu imzaları tanımaq üçün məlumat bazasını mütəmadi olaraq yeniləyir ki, bu üsul yalnız virusları aşkarlaya bilir; Davranış əsaslı aşkarlama (behavior-based detection) - bu üsul, virusun davranışına əsaslanaraq zərərli fəaliyyətləri müəyyən edir. Yəni, bir virusun fayllara icazəsiz...