Salam dostlar, Bu məqaləmdə sizə məlumat mübadiləsi (data transfer) məqsədilə istifadə olunan məlumat mübadiləsi protokolları (file/data transfer protocols) haqqında bəhs edəcəm. Beləliklə, istifadə etdiyimiz kompüterlərdə (windows, linux və s. əməliyyat sistemlərində) hər birimiz məlumat mübadiləsi həyata keçiririk ki, bu məlumat mübadiləsi zamanı istər fiziki olaraq "usb drive", istər proqram təminatı olaraq bəzi "tool"-lara, istərsə də virtual olaraq şəbəkə və s. tipli məlumat mübadiləsi vasitələrinə istinad edirik. Məlumat mübadiləsi vasitələri (tools) həm "GUI" (graphical user interface), həm də "CLI" (command line interface) olmaqla müxtəlifdir, eləcə də "Linux" əməliyyat sistemində istifadə olunan bəzi məlumat mübadiləsi protokolları aşağıdakılardır: FTP (File Transfer Protocol) şəbəkədə olan (server --> client) "host"-lar arasında məlumatların paylanması və ya fayl (məlumat) mübadiləsini həyata keçirən prot...
Information Technology and Services